BaşlıcaEkonomika

Türkiyəyə gedən pul erməni hərbçilərə qarşı bir güllədir: İqtisadiyyat naziri

Türkiyəyə gedən pul erməni hərbçilərə qarşı bir güllədir və bu istiqamətdə mümkün olduğu qədər az pul xərcləməliyik. Bunu ER İqtisadiyyat naziri Vahan Kerobyan dekabrın 31-dən Ermənistanda türk mallarının idxalına qoyulan qadağaya toxunurkən deyib.

“Son bir neçə ayda İqtisadiyyat Nazirliyi, türk mallarının idxalına qadağa qoyulması ilə bağlı problem yaşaya biləcək bütün müəssisələrlə sıx bir şəkildə işləyir. Bütün problemləri həll etdik”,-Kerobyan bildirib.

Onun sözlərinə görə, türk mallarını AİB və Aİ ölkələrdən, Çindən və Gürcüstandan idxal olunan mallar əvəz edəcək. Bu kontekstdə erməni bazarının inkişafına gəlincə, ilk nöövbədə erməni malları keyfiyyətli olmalıdır.

Kerobyan qeyd edib ki, erməni məhsulları yalnız Ermənistan üçün istehsal olunmamalı, dünya haqqında düşünərək bir şey istehsal etməlisən.

Xatırladaq ki, türk mallarının idxalına 6 aylıq müvəqqəti ilə qadağa 1 yanvar tarixindən qüvvəyə minir.

Daha çox göstər
Back to top button