Başlıcaİctimaiyyət

İlk bankomatın yaradıcısı erməni idi

Bankomat insanların həyatında böyük dəyişikliklər edən, pula və xidmətlərə yanaşmanı dəyişdirən 20-ci əsrin yeniliklərindən biridir. Ancaq az insan bilir ki, belə bir texniki cihaz yaratmağa niyyəti olan ilk şəxs erməni Luther George (Karapet) Simjian idi.

İlk bankomat və ya ATM (ingiliscə Automated teller machine) Nyu-Yorkda kəşf edilib və 1939-cu ildə City Bank of New York tərəfindən quraşdırlıb.  İxtiraçı Luther George Simjian tərəfindən yaradılmış aparat öz sinfində inqilabi hesab olunur, hətta öz dövrünü xeyli qabaqlayırdı. Amma həyatda tez-tez belə şeylər baş verdiyindən, ilk cəhddən innovasiya uğurla üzləşmir. Xidmət tələb doğurmur və yarım ildən sonra bankomatı sökməli olurlar, çünki ondan demək olar ki, heç kəs istifadə etmir.

Müasir dövrümüzdə bu qədər populyarlıq qazanmış qurğunun ilk cəhddə uğursuzluqla qarşılaşmasının səbəbi onun istismar qaydalarının narahatlığı idi. Onda tətbiq edilən pulların əldə edilmə prosesi xeyli çətin idi. İstifadə olunmayan və öz təsdiqini tapa bilməyən ATM tezliklə unudulur və dünya bankomatlarının meydana çıxmasının premyerası qismində bu qurğuların ikinci nəslini hesab etmək adət olunub.

Praktiki tətbiq tapmış ilk küçə bankomatı Böyük Britaniyada Barclay’s Bankının binasında Church Street küçəsində 27 iyun 1967-ci ildə quraşdırılıb.

İngiltərəli mühəndis John Shepherd-Barron tərəfindən kəşf olunmuş bu bankomat özündən öncəkindən onunla fərqlənirdi ki, onda həyata keçirilən tranzaksiya məxfi PİN-kodla və plastik kartın maqnit zolağı ilə təsdiqlənirdi.

Qeyd edək ki, Simjian 200-dən çox ixtiranın müəllifidir. O 1905-ci il, yanvarın 28-də Ayntapda anadan olub. Erməni Soyqırımı nəticəsində ailəsindən ayrıldı və öncə Beyruta, sonra isə Marselə köçdü. 1921-ci ildə Simjian ABŞ-a gedir və bir sıra çətinlikləri aradan qaldıraraq Nyu Heyven məktəbini bitirir.

Luther George (Karapet) Simjian 1997-ci ildə ABŞ-da vəfat etdi.

Daha çox göstər
Back to top button