
“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Ermənistan Xarici işlər nazirliyi erməni hərbi əsirlərinə qarşı Azərbaycan tərəfindən cinayət təqibi təşəbbüsünü qətiyyətlə məhkum edir.Oxşar bəyanatla ER XİN 62 erməni hərbiçilərin həbs olunması xəbərinə cavab olaraq çıxış edib.
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Katibi Antonio Quterreşə göndərdiyi məktubda Hadrut bölgəsində “Ermənistan Silahlı qüvvələrinin təxribatçı qrupu” nun həbs olunduğunu elan etdi.
Bayramovun sözlərinə görə, qrupun 62 üzvü həbs edilib və ibtidai istintaq aparılır.
“Azərbaycan hakimiyyətlərinin bu hərəkətləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır. 44 gün davam edən Türkiyə-Azərbaycanın Artsaxa olan təcavüzü zamanı Azərbaycan tərəfi beynəlxalq hüquq pozuntularına yol verdi ki, onların əksər hissəsi müharibə cinayətkarlıqlarıdır və həmin cinayətkarlıqların keçmiş müddəti yoxdurvə onu həyata keçirənlər gəərk məsuliyyətə cəlb olunsunlar”-deyərək bəyanatda deyilir.
Xarici işlər nazirliyi qeyd edir ki, Azərbaycan tərəfi hərbi əsirlərin tutulmasından təxminən bir ay sonra hərbi əsirlərə qarşı cinayət təqibini elan edib.
Bu, Azərbaycanın siyasi gündəmini inkişaf etdirmək üçün erməni əsirlərini girov kimi istifadə etdiyini göstərir.
XİN-i hərbi əsirlərin sərbəst buraxılması və vətənə qaytarılması tələbinin noyabrın 9-da üçtərəfli bəyanatda açıq şəkildə ifadə edildiyini və hərbi əsirlərin cinayət təqibinin bu ifadənin kobud şəkildə pozulduğunu xatırlatdı.
Bəyanatda bildirilir ki, erməni hərbçilər üçtərəfli bəyannamənin başqa bir müddəasını pozduqlarına görə artıq əsir götürülüblər, atəşkəsin qurulmasından bir ay sonra Azərbaycan Artsaxın Hadrut bölgəsindəki Xtsaberd və Hin Tağer kəndlərində hərbi əməliyyatlara başlamışdır..
Xarici İşlər nazirliyindən verilən məlumata görə, Azərbaycan tərəfinin üçtərəfli bəyanatını dəfələrlə qəsdən pozması bəyanatın tam icrasını ciddi şəkildə təhlükə altına qoyur bununla da, regional təhlükəsizlik və sülh üçün yeni çağırışlar yaradır.
Xatırladaq ki, 16 dekabr 2020-ci il tarixdə Artsax Müdafiə Ordusunun mətbuat xidməti Hadrutun Hin Tağer , Xtsaberd kəndləri istiqamətində yerləşən bir neçə hərbi mövqenin şəxsi heyəti ilə əlaqənin naməlum şəraitdə itirildiyini bildirmişdi. Sonra onların əsir götürüldükləri barədə şayiələr yayılmışdı.
Daha sonra Artsax ombudsmanı Artak Beglaryan, ilkin məlumatlara görə, Hadrut bölgəsinin Xtsaberd kəndi istiqamətində təxminən 60 hərbçidən ibarət bir hissənin itkin düşdüyünü təsdiqlədi.
Sonra 30-dan çox erməni könüllünün azərbaycanlıların mühasirəsindən çıxa bildiyi məlum oldu.
Dekabrın 18-də Şirak bölgəsindən 72 nəfərlik könüllülər qrupu Artsaxdan evə yollandıqları məlum olub.