TASS xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin üçtərəfli görüş zamanı Azərbaycan və Ermənistan liderləri İlham Əliyevi və Nikol Paşinyanı Kremldə hərarətlə qarşılayıb.
Rusiya dövlət başçısı qonaqları Kremlin birinci binasının nümayəndəlik kabinetinin böyük dəyirmi masasında gözləyirdi. Putin Əliyevin əlini sıxaraq onu qucaqladı, sonra Paşinyanla eyni şəkildə salamlaşdı. Masada əyləşən Azərbaycan prezidenti və Ermənistanın Baş naziri bir-birlərini salamladılar․
Bütün liderlər maskasız idilər. Rusiya Prezidentinin açılış nitqindən sonra danışıqlar bağlı qapılar arxasında davam edib.