BaşlıcaSiyasət

Moskvada Nikol Paşinyanın, Putinin və Əliyevin üçtərəfli görüşü nəzərdə tutulub

Ermənistan hökumətinin rəsmi saytında yer alan məlumata görə, yanvarın 11-də Baş nazir Nikol Paşinyan Rusiya Federasiyasına işgüzar səfər edəcək.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə üçtərəfli görüşünün Moskvada keçirilməsi planlaşdırılır.

Səfəri çərçivəsində Baş nazir RF Prezidenti ilə də xüsusi görüşəcəkdir”-deyərək  informasiyada qeyd olunub.

Daha çox göstər
Back to top button