BaşlıcaMədəniyyət

“Rolan” Beynəlxalq Uşaq və gənclər filmləri festivalı Artsaxda keçiriləcək

“Armenpress”in verdiyi məlumata görə,Artsax ”Rolan” Beynəlxalq Uşaq filmləri festivalından kənarda qalmayacaq.

 “Armenpress” mətbuat salonunda keçirilən mətbuat konfransında “Rolan” Beynəlxalq Uşaq və gənclər filmlər  festivalının direktoru, Ermənistanın “Rolan Bikov” Fondunun prezidenti Nune Manukyan festivalın yarandığı gündən bəri həmişə Artsaxda olduğunu bildirib.

 Bu ənənə pozulmayacaq və Festival  növbəti dəfə Artsaxda qonaq olacaq.

“ Səbəblər üzündən festival bu il onlayn keçirilir, lakin başa çatdıqdan sonra nümayiş olunan ən yaxşı filmlərlə Artsaxı ziyarət etməyi planlaşdırırıq.

Mütləq gedəcəyik, uşaqları yerindəcə daha çox cəlb etmək üçün əlimizdən gələni edəcəyik.

On illərdir Artsax uşaqları ilə bu birbaşa görüşümüz olubdur. Bu il də belə olacaqdır”- deyərək  Nune Manukyan  qeyd edib.

XVI “Rolan” Beynəlxalq Uşaq filmləri  festivalı yanvarın 11-də onlayn başlayacaq və 20 yanvar tarixinə qədər davam edəcəkdir.

Festival çərçivəsində onlayn film premyeraları, xüsusi nümayişlər, veb seminarlar, sərgi-müsabiqələr keçiriləcək.

29 ölkədən 180 film müraciətindən 46-sı nümayiş olunacaq festival proqramına 15 ölkədən 62 film daxil edilmişdir.

Daha çox göstər
Back to top button