BaşlıcaBeynəlxalqİctimaiyyət

Ryanair Yerevanı 2021-ci ilin ən qaynar turizm istiqamətlərinə daxil etdi

İrlandiyanın Ryanair aviaşirkəti Yerevanı 2021-ci ilin ən qaynar turizm istiqamətləri sırasına daxil etdi. Siyahı aviaşirkətin saytında yayıldı. Siyahıda 21 şəhər vardır.

Ryanair qeyd edir ki, 2020-ci il ərzində koronavirus panemiyası bir çox səyahətlərə maneə olub, amma səyahətlərə 2021-ci ildə getmək olar.

“Şərqi Avropa və Asiyanın sərhədində yerləşən Ermənistan böyüyən bir turizm nöqtəsidir. Orada hər kəs ehtiyac duyduğu şeyləri – tarixi yerlər, maraqlı mədəniyyət, ekstremal idman növləri, ləzzətli erməni mətbəxi tapa bilər.

Binalar çəhrayı daşdan tikildiyi üçün paytaxtı Yerevan “Çəhrayı şəhər” adlanır. Səyahətlərinizin coğrafiyasını genişləndirmək istəyirsinizsə, 2021-ci ildə Ermənistan sizə lazım istiqamət ola bilər”.

Siyahıya Verona, Valensiya, Tbilisi, Marsel, Kiyev və bir sıra digər şəhərlər daxildir.

Daha çox göstər
Back to top button