
Rusiya, Ermənistan və Azərbaycan Baş nazir müavinlərinin rəhbərliyi ilə üçtərəfli işçi qrup yaradılacaq və Qarabağda normal həyatın bərpası, iqtisadi, ticarət və nəqliyyat əlaqələrinin blokadadan çıxarılması ilə məşğul olacaqdır. Rusiya prezidenti bunu Kremldə Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyevin iştirak etdiyi üçtərəfli görüş zamanı söyləyib.
“Düşünürəm ki, bu gün ötən ilin 9 noyabr tarixli birgə bəyanatdan irəli gələn nizamlanmanın əsas istiqamətləri üzrə növbəti addımların atılmasını qeyd etmək vacib olardı. Rusiya sülhməramlıları kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli və mədəni obyektlərin mühafizəsini nəzərdə tuturam”- deyə Putin qeyd edib.
Rusiya Prezidenti danışıqların işgüzar vəziyyətdə keçəcəyinə və regionda möhkəm sülhün, təhlükəsizliyin və ardıcıl sosial iqtisadi inkişafın təmin olunmasına xidmət edəcəyinə ümid etdiyini bildirib.