BaşlıcaSiyasət

Əliyev: “Ermənistanın Azərbaycan ərazisiylə RF-na doğru dəmir yolu əlaqəsi olacaqdır”

Azərbaycan Naxicevan Muxtar Respublikası vasitəsi ilə Türkiyəyə doğru çıxış əldə edəcəkdir.

“Sputnik Armeniya”-nın verdiyi məlumata görə, Ermənistanın Azərbaycan ərazisiylə Rusiya ilə dəmir yolu əlaqəsi olacaqdır. Azərbaycan prezidenti İlham Əliyev Moskvadakı üçtərəfli görüşdən sonra belə bir açıqlama verib.

“30 ildən artıq bir fasilədən sonra Azərbaycan Naxicevan Muxtar Respublikası üzərindən Ermənistanla nəqliyyat əlaqəsi quracaq və Ermənistan Respublikası Azərbaycan ərazisindən Rusiya və İrana dəmir yolu girişinə sahib olacaqdır”-  deyərək Əliyev Rusiya Prezidenti Vladimir Putinlə görüşü zamanı bəyan edib.

O, həmçinin,Azərbaycanın Naxicevan Muxtar Respublikası vasitəsilə Türkiyəyə çıxışı olacağını qeyd etmişdir.

Artıq xəbər verdiyimiz kimi, bu gün Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı görüşü baş tutub.

Nikol Paşinyan Artsaxın status barədə  danışdı.

Daha sonra RF Prezidenti Vladimir Putin üçtərəfli görüş nəticəsində Dağlıq Qarabağın gələcək inkişafı üçün yeni bir bəyanat qəbul edildiyini bildirdi.

Onun sözlərinə görə, bu, təkcə Ermənistanın, Azərbaycanın deyil, həm də bölgənin inkişafına öz töhfəsini verəcəkdir.

Daha çox göstər
Back to top button