BaşlıcaSiyasət

ER Ombudsmanı sərhədyanaşı kəndlərin təhvil verildiyi ərazilərdən danışıb

Ermənistanın Ombudsmanı Arman Tatoyan müharibədən sonrakı demarkasiya işləri nəticəsində yerli vətəndaşların mülkiyyət hüququnun pozulduğunu iddia edib.

Tatoyan bu gün keçirdiyi mətbuat konfransında Syunik vilayətinin itirdiyi ərazilərdən danışıb.

“Məsələn, Xoznavar və Xnatsaxın daxil olduğu Teğ icmasında itirdiyimiz 2000 hektardan çox xüsusi mülk var. Şurnuxda 11 ev düşmənə təhvil verilib, Vorotanda 326 hektardan çox ərazi özəl və icma mülkiyyəti sayılan torpaqlardan məhrum edilib”, – deyə Tatoyan bildirib.

O həmçinin Agarak kəndində insanların 60 hektar özəl icma torpağından, Yeğvardda isə 110 hektar əkin sahəsi və 50 hektar otlaq, Çakatendə 30 hektar əkin sahəsi və 25 hektar otlaqdan məhrum edildiklərini söyləyib.

Eyni problemin Geğarkunikdə də yaşandığını söyləyən Tatoyan düşünür ki, insanlar təzminat almaq hüququna malikdir və məsələ Azərbaycan hökumətinin təzminat borcu olmalıdır. Tatoyan, ER-nın Avropa İnsan Haqları Məhkəməsindəki nümayəndəsi ilə bu məsələni müzakirə edib və indi bu məsələləri qanuni baxımdan necə formalaşdıracağına qərar verirlər.

Daha çox göstər
Back to top button