ArtsaxBaşlıca

ER tərəfindən Mher Grigoryan Azərbaycan və RF ilə yaradılacaq İşçi Qrupuna rəhbərlik edəcək

Ermənistanın baş nazirinin müavini Mher Grigoryan regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasının reallaşdırılması məqsədilə RF, Azərbaycan və Ermənistan lidrlərinin Moskavada keçirilən görüşünün yekunları üzrə yaradılan İşçi Qrupuna Ermənistan tərəfindən rəhbərlik edəcək. Bu barədə ER Baş nazirinin müavinin ofisindən məlumat verilir.

İşçi Qrup ilk iclasını 2021-ci il yanvarın 30-dək keçirəcək və nəticələrinə əsasən  dəmir yolu-kommunikasiyaları prioritet olaraq götürərək Bəyannamənin 9-cu bəndinin tətbiqindən irəli gələn əsas iş sahələrinin siyahısını tərtib edəcək və  Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşdırılmış digər istiqamətləri müəyyənləşdirəcəkdir.

Ötən gün Rusiya prezidenti Vladimir Putin ER Baş naziri Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev ilə baş tutan danışıqların yekunlarına dair bəyan edib ki, tərəflər Dağlıq Qarabağda iqtisadi əlaqələrin və infrastruktur layihələrinin inkişafı üzrə üçtərəfli qrupun yaradılması haqqında bəyanat imzalayıblar.

Daha çox göstər
Back to top button