Məşhur italiyalı siyasətçi Azərbaycandan rüşvət aldığı üçün 4 il həbs cəzasına məhkum ediləcək

“Sputnik Armeniya”nın verdiyi məlumata görə,yerli KİV-lər xəbər verir ki, Milan məhkəməsi tanınmış italiyalı siyasətçi Luca Volonteni Azərbaycan rəsmilərindən külli miqdarda rüşvət almaqda təqsirli bilib və onu korrupsiyaya görə 4 il həbs cəzasına məhkum etdi.
“La Repubblica” qəzetinin yazdığına görə, Volonte, Avropa Şurası Parlament Assambleyasında olan Avropa Xalq Partiyası fraksiyasının lideri olmaqla, Azərbaycanın iki nümayəndəsindən yarım milyon avro alıbdır.
Zaqafqaziya dövlətinin siyasi məhbusları haqqında hesabatı təsdiqləməmək üçün göstərdiyi səylər bu qədər qiymətləndirilibdir.
Məhkəmə, Bakının AŞ PA-dakı maraqlarını lobbiçilik edən Elhan Süleymanov və Müsəlman Məmmədovla oxşar hökm verib.Onlar Bakı mənafeləriçün AŞ PA-da bu italiyalı siyasətçiyə lobbinqlik etmək üçün nəhəng həcmdə rüşvət vermişlər.
Milan prokurorluğu 2016-cı ilin iyununda Volonteyə qarşı ittiham irəli sürdü. O dövrdə o, 2012-2014-cü illərdə 2.4 milyon avro almaqda günahlandırıldı.
İstintaqa görə, o zaman İtalyan millət vəkili, Azərbaycan hakimiyyətinin maraqları naminə siyasi fəaliyyət apardığına görə böyük bir ianə alıb. Ümumilikdə ona 10 milyon avro vəd edilmişdir.
2018-ci ilin dekabrında Volonteyə korrupsiya ittihamı ilə məhkəmə prosesi Milanda başladı. Məhkəmə iclasları nəticəsində məhkəmə bütün məbləği almaq ittihamını çıxardı, lakin yarım milyon avro rüşvət alma faktını qəbul etdi.
Volonte, dördüncü dəfə bir sıra mərkəzçi partiyalar tərəfindən İtaliya Parlamentinə seçilmişdir, son dəfəsə bu 2008-ci ildə baş verdi.
2010-cu ilin yanvarından 2013-cü ilin iyun ayına qədər AŞ PA-da Avropa Xalq Partiyasına rəhbərlik etmişdir.