
Azərbaycan tərəfindən başladılmış müharibə nəticəsində Artsax Respublikasının 112,5 meqavatlıq SES itkisi olub.
Bu barədə parlamentin Regional və Avrasiya İnteqrasiyası üzrə Daimi Komitəsinin iclasında ER Ərazi İdarəetmə və İnfrastrukturlar nazirinin müavini Hakob Vardanyan bildirib.
“Müharibədən əvvəl Artsax Respublikasında 187,5 meqavatlıq SES-lər var idi. Müharibə nəticəsində isə, 75 meqavatlıq SES-lər qaldı, itki 112,5 meqavat oldu. Bu rəqəmə 50 meqavatlıq Sarsang SES-i, 12-13 meqavatlıq 4 SES və bir 12 meqavatlıq SES daxildir”,-Vardanyan qeyd etdi.
Nazir müavini həmçinin deyib ki, 2021-ci ilin ilkin enerji balansına görə, Ermənistan Artsax Respublikasından 330 milyon kilovatsaat elektrik enerjisi idxal edəcəkdi, amma məlum hadisələrdən sonra yaradılan enerji balansı ilə o enerjini Ermənistanın daxili mənbələri hesabına istehsal olunan elektrik enerjisi əvəz edəcək ki, bu da Artsaxdan gətirilən elektrik enerjisindən daha baha olacaq.