BaşlıcaSiyasət

Nikol Paşinyan Moskvada Artsaxın statusu barədə danışdı

“SputnikArmeniya”nın verdiyi məlumata görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin və Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşündə Artsaxın status barədə  danışıb.

Öncə o,Rusiya Prezidentinə təşəkkür etdi.

“Hörmətli Prezident, səyləriniz üçün sizə təşəkkür edirəm, bu səbəblə bölgədə təhlükəsizlik bərpa edildi.

Təəssüf ki, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmayıb”-deyərək Paşinyan görüşdən sonra keçirdiyi brifinqdə qeyd edib.

Baş nazirin sözlərinə görə, müharibəni bitirmək mümkün idi, lakin bir çox digər vacib məsələlər həll olunmamış qalır.

Bunlardan biri də Artsaxın status məsələsidir. Ermənistanın Baş nazirinin sözlərinə görə, Ermənistan Artsax məsələsi ilə bağlı danışıqları ATƏT-in Minsk qrupu çərçivəsində davam etdirməyə hazırdır.

Xatırladaq ki, görüş zamanı tərəflər Qarabağ ətrafındakı vəziyyəti, həmçinin  hərbi əsirlərin geri qaytarılması və nəqliyyat kommunikasiyalarının blokadadan çıxarılması məsələlərini müzakirə etməyi planlaşdırırdılar.

Daha çox göstər
Back to top button