BaşlıcaSiyasət

Paşinyan: “Rusiya Ermənistanın strateji tərəfdaşı olub və olaraq qalır”

Paşinyan RF Prezidentinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən böyük işlərə və bugünkü üçtərəfli görüşü təşkil etdiyinə görə təşəkkür etdi.

“Sevinirəm ki, üçtərəfli görüşdən sonra heç də az əhəmiyyət kəsb etməyən qəti bir nəticə əldə etdik. Bu haqda  ER Baş naziri Nikol Paşinyan Moskvada Vladimir Putinlə görüşü zamanı deyərək qeyd edib.

“Üçtərəfli bəyanata dair razılaşmalarımızın bölgədəki iqtisadi vəziyyəti əhəmiyyətli dərəcədə dəyişdirəcəyinə əminəm. Ancaq humanitar məsələlər həll olunmayana qədər bu proses çətin olacaqdır.

Xüsusilə bizim üçün ən ağrılı məsələ, əsir itkin düşənlərin və ölənlərin cəsədlərinin qaytarılması məsələsidir”- deyərək o, qeyd edib.

Paşinyan RF Prezidentinə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən böyük işlərə və bugünkü üçtərəfli görüşü təşkil etdiyinə görə təşəkkür etdi.

“Rusiya Ermənistanın strateji tərəfdaşı olub və olaraq  qalmaqdadır”-deyərək o, qeyd edib.

Xatırladaq ki, bu gün Moskvada Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli danışıqları baş tutdu. Danışıqlar təxminən 4 saat davam etdi və birgə brifinqlə sona çatdı.

Üç ölkə bölgədəki kommunikasiyaların  mühasirədən çıxarılması üçün yeni ortaq bir bəyanat qəbul etdi.

Daha çox göstər
Back to top button