BaşlıcaSiyasət

Paşinyan: “Təəssüf ki, hərbi əsirlər məsələsini həll etmək nail olmadı”

“Təəssüflər olsun  ki, Qarabağ münaqişəsi  bu günəcən nizamlanmayıb. Alovu dayandırmağı bacarsaq da, həll edilməsi lazım olan bir çox problem var.

ER Baş naziri Nikol Paşinyan bu haqda  Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Moskvada keçirdiyi üçtərəfli görüşdən sonra bildirib.

O, qeyd edib ki,təəssüflər olsun  ki, bugünkü danışıqlar zamanı  əsirlər məsələsinin həll olunmadı.ER  Baş nazirinin fikrincə, erməni tərəfi üçün bunun  ən həssas məsələ olduğunu qeyd etdi.

Paşinyan bildirib ki, bu istiqamətdə işlərin aparılacağı elan olunsa da, üçtərəfli bəyanatın 8-ci bəndi tam yerinə yetirilmir.

O, tərəflərin qısa müddətdə konkret qərara gələ biləcəyinə ümidvar olduğunu bildirdi.

Xatırladaq ki, görüş zamanı tərəflər Qarabağ ətrafındakı vəziyyəti, həmçinin  əsirlərin geri qaytarılması və nəqliyyat kommunikasiyalarının blokadadan  çıxarılması məsələlərini müzakirə etməyi planlaşdırırdılar.

Görüşün yekunlarına dair üç tərəfin bəyanatına toxunan Paşinyan, iqtisadi əməkdaşlığın inkişafına dair razılaşmaların “bütün bölgənin imicini dəyişdirə və daha etibarlı təhlükəsizlik zəmanətlərinə səbəb ola biləcəyini” qeyd etdi.

“Bu istiqamətdə konstruktiv şəkildə çalışmağa hazırıq, lakin bir görüş zamanı bütün məsələləri müzakirə etmək mümkün deyil, Ümidvaram ki,irəliləyəcəyik”- deyərək  Baş nazir əlavə edib.

Xatırladaq ki, danışıqlar təxminən 4 saat davam edib, görüş nəticəsində yeni üçtərəfli bəyanat imzalanıb.

Daha çox göstər
Back to top button