BaşlıcaSiyasət

Slutski: “Putin, Paşinyan və Əliyev arasındakı razılaşmalar Qarabağda həyatın normallaşmasına imkan verəcək”

Rusiya, Azərbaycan və Ermənistan liderləri Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın görüşməsi nəticəsində anlaşmalar Dağlıq Qarabağdakı bütün infrastrukturun bərpa olunmasına və mülki şəxslərin həyatının normallaşmasına imkan verəcəkdir. TASS-ın verdiyi məlumata əsasən,  bu fikri Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri Leonid Slutski jurnalistlərlə söhbətində bildirib.

“Moskvada Dağlıq Qarabağ münaqişəsinin həllinə dair üçtərəfli görüşün nəticələri bölgədəki hərbi əməliyyatların dayandırılması ilə bağlı noyabrın 9-da olan  işlərin nəticələrini regionda  hərbi əməliyyatların dayandırılmasını möhkəmləndirdi.

Yeni razılaşmalar bütün infrastrukturun bərpasına imkan verəcək ki, addım-addım bərpa etməklə  və mülki şəxslərin həyatını tənzimləsinlər”-deyərək Slutsky qeyd edib.

Onun sözlərinə görə, 30 il Dağlıq Qarabağda dama edən münaqişə indi “getdikcə daha çox tarixə çevrilir və torpaqlarına davamlı sülh gəlir”.

Bununla yanaşı, Rusiyanın təsirli bir vasitəçi kimi böyük rolu var.

Bu həqiqət həm Azərbaycan, həm də Ermənistan tərəfindən qəbul edilir”-  deyərək  Slutski qeyd edib.

O, əlavə edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllinə dəstəyini davam etdirəcəyini və sülhməramlılarımızın bölgədəki sülhü qoruyub saxlamağa davam edəcəyini dedi.

Daha çox göstər
Back to top button