
“Mediamax”-ın verdiyi məlumata görə, Azərbaycan və Ermənistan arasında son müharibə, elə planlaşdırılmışdır ki,Türkiyə və Rusiya Cənubi Qafqazda birbaşa əlaqəli olsunlar ki, Amerikanın təsirini azaltsınlar. Bununla da həmin regionu aralarında bölməyi planlaşdırmışlar.
Bu haqda The Jerusalem Post qəzetinin müəllifi Seth Franzman öz məqaləsində yazır: “Türkiyənin Qafqazdakı məqsədi Rusiyanın rolunu gücləndirmək idi”.
“Dinc ermənilərə qarşı edilən hücumlar, Türkiyənin daha bir uğurlu əməliyyatı oldu və ümumiyyətlə, Suriyanın Afrin şəhərində, 2018-ci ilin yanvarında kürdlər qaçmaq məcburiyyətində qaldıqda, türk qüvvələrinin köməyi ilə etnik təmizlənmənin təkrarlanması oldu.
Qarabağ da oxşar bir senaridə inkişaf etdi. Türkiyə insanları vəhşicəsinə öldürməkçün qəddar ekstremistləri oraya göndərdi”- deyərək məqalədə qeyd olunub.
Seth Franzman iddia edir ki,”müharibə, hansını ki, Türkiyə Azərbaycanda qızışdırdı,ABŞ-ın Qafqazda ABŞ-ın sonunu işarə etdi”.
“Baxmayaraq ki, Türkiyə hamını əmin edirdi ki, bu müharibə İrana və Rusiyaya müqavimət üçün lazım idi.Əslində Ankara həm Tehranla həm Moskvayla da əməkdaşlıq edirdi.
Nəticədəsə biz İran,Rusiya və Türkiyə nəzarətinin güclənməsini və Cənubi Qafazın müstəqil dövlətlərinin zəiflənməsini qazandıq.
Türkiyə-İran-Rusiya üçbucağının Osmanlı, Fars və Rusiya imperatorluğunun hədəfləri arasındakı tarixi fərqlər səbəbindən çökməyə məhkum olduğu iddiası tarixin səhv oxunmasıdır.
Əslində, onlar Qərbin ortaq düşmənlərinə qarşı birgə işləməyə və ya avtoritar və hərbi gündəmlərini inkişaf etdirməyə hazırdırlar.
Hamısı soyuq müharibənin sonu ilə yaradılan ABŞ-ın rəhbərlik etdiyi birqütblü dünyaya son qoymağa çalışan inkişaf etməkdə olan güclər olduqları üçün ortaq cəhətləri kifayət qədərdir.
Vaşinqtonun Türkiyəni soyuq müharibə işığında görən nümayəndələri, onun nəhəng hədəfləri ilə səhv edirlər. Məqalədə deyilir:
Ankaranın məqsədi ABŞ-ın Orta Şərqdəki rolunu həmişəlik zəiflətmək və azaltmaq olub, eyni zamanda Rusiya və İranın rolunu artırmaqdır”-deyərək məqalədə qeyd olunur.