Artsax Prezidenti administrasiyasının sədri Artak Beglaryan öz tviter bikrobloqunda yenə Azərbaycanda saxlanılan erməni girovlar barədə yazıb.
“Azərbaycan girov götürülən vətəndaşlar və hərbi əsirlər məsələsini manipulyasiya edərək beynəlxalq humanitar qanunları kobud şəkildə pozmağa davam edir. Müharibə zamanı bir çox hərbçi və mülki şəxs, müharibədən sonra isə, 64 hərbçi və bir qrup mülki şəxs Azərbaycanda həbs olunub”,-Begaryan qeyd edib.
O həmçinin yazıb ki, Azərbaycan müharibədən sonra saxlanılanlar barədə nə Beynəlxalq Qırmızı Xaç Komitəsini, nə də Rusiya sülhməramlılarını məlumatlandırdı.