Britaniya şirkəti Türkiyənin “Bayraktarlarına” komponent tədarükünü dayandırır

Britaniyanın Andair Ltd. şirkəti Türkiyənin “Bayraktar TB2” PUA-ları üçün komponentlərin tədarükünü dayandırıb. Bu barədə şirkətin saytında məlumat yayılıb. Xatırladaq ki, bu PUA-lar Artsax müharibəsi zamanı Azərbaycan tərəfindən geniş şəkildə istifadə edilmişdir.
Qeyd edək ki, Andair Ltd. şirkəti “Bayraktar” PUA-ları üçün yanacaq nasosları təchiz edirdi.
Andair Ltd. bildirib ki, Ermənistanın Böyük Britaniyadakı səfirliyişirkətə müraciət edərək türk şirkətinə tədarükünü dayandırmağa çağırıb.
Sonra şirkət araşdırmalar aparıb və tamamilə tədarükdən imtina edib. Baykar Makina şirkətinin bütün sifarişləri ləğv edildi.
Qeyd edək ki, Artsax müharibəsi günlərində erməni diasporasının apardığı işlər nəticəsində Kanada və Avstria da Türkiyə ilə əməkdaşlığqdan imtina etmişdi.
