
ATƏT-in Minsk Qrupunun keçmiş ABŞ həmsədri Kerri Kavano yanvarın 10-da Moskvada Putin-Paşinyan-Əliyev görüşünə toxunub. Onun fikrincə, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, əsas məsələlər qalır.
“Üçtərəfli görüşün müsbət tərəfi odur ki, Putin Qarabağ üzərində işləməyi öz üzərinə götürüb. Narahatlıq doğuran şey odur ki, Əliyev münaqişə həll edilmiş kimi davranır. Xeyr, əsas məsələlər qalır. Davamlı sülh və rifah qurmaq üçün hərtərəfli həll tələb olunur”- deyə o qeyd edib.