Başlıcaİctimaiyyət

Ermənistana quru sərhədləri ilə giriş məhdudiyyətləri ləğv edilib

Ermənistan koronavirus pandemiyası ilə əlaqədar bağladığı quru sərhədləri açıb.

Bunu Ermənistan Xarici İşlər Nazirliyi açıqlayıb.

“Xarici vətəndaşlar üçün Ermənistana quru sərhədləri ilə giriş məhdudiyyətləri ləğv edilib, indi bütün əcnəbilər ölkəyə həm hava, həm də quru yolu ilə daxil ola bilərlər.

Artıq bütün xaricilər son 72 saat ərzində alınan mənfi COVID-19 testi nəticəsi ilə Ermənistanı ziyarət edə bilərlər”, – nazirlik bildirib.

Daha çox göstər
Back to top button