BaşlıcaSiyasət

N.Paşinyan: “Mən Syuniki dövlətçiliyimizin onurğası hesab edirəm”

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, Məlum  hadisələr baxımından Syünikin sərhəd  mühiti hiss ediləcək dəyişikliyə məruz qalıb.

Keçirilən məşvərət zamanı Baş nazir Nikol Paşinyan, Sünik bölgəsinin sərhəd mühitinin dəyişməsindən qaynaqlanan vəziyyəti və təhlükəsizliyi təmin etmək istiqamətdə  əldə olunan tədbirləri müzakirə etdi.

“Mən Syuniki dövlətçiliyimizin onurğa sütunu hesab edirəm. Ermənistan Respublikasının təhlükəsizliyini təmin etmək üçün bütün tədbirləri görməliyik, yalnız Sünikdə deyil, bütün respublikada, lakin Syunik bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Əvvəlan gərək yeni sərhəd statusu almış, əslində sərhəd məskunlaşma statusunda olan icmalarda hansı sosial və iqtisadi proqramları həyata keçirəcəyimizi də müzakirə etməliyik”- deyərək  Paşinyan qeyd edib.

Baş nazirə Syunik sərhəd icmalarında yol təhlükəsizliyi məsələlərinin həlli prosesi, sərhəd keçid məntəqələrinin müəyyənləşdirilməsi işləri, vətəndaşlara dəyən maddi ziyanların ödənilməsi prosesi və digər məsələlər barədə məlumat verildi.

Paşinyan, prosesdə iştirak edən məsul qurumlara idarələrarası işçi qrupu çərçivəsində indiyədək görülən tədbirlərin, eləcə də inventarizasiyanın və problemlərin həllinin davam etdirilməsini tapşırıb.

Xatırladaq ki, dünən ER İnsan Hüquqları müdafiəçisi Arman Tatoyan, Xoznavar və Xnatsaxın daxil olduğu Teğ icmasında, itirdiyimiz 2000 hektardan çox xüsusi mülkiyyətin olduğunu və ondan məhrum olunduğu haqda qeyd edib.

Şurnuxda 11 ev düşmənə verildi, Vorotanda 326 hektardan çox ərazi özəl və icma mülkiyyəti sayılan torpaqlardan məhrum edildi. Vorotanda 18-20 bağ bağçası, ER İcraiyyə Komitəsinin qərarları ilə insanlara ayrılmış torpaqlarda tikildi, onlardan da məhrum olmuşuq..

Absurd vəziyyət. Şurnuxlunun tövləsinin yarısı Ermənistanda, digər yarısı Azərbaycan ərazisində qalıb

Ağarak kəndində insanlar 60 hektar özəl icma torpaqlarından, Yeğvardda 110 hektar əkin sahəsindən   və 50 hektar otlaq, Çakatendəsə 30 hektar əkin sahəsi və 25 hektar otlaqdan məhrumolunmuşlar.

Daha çox göstər
Back to top button