BaşlıcaSiyasət

Əgər Bakı və Yerervan istərsələr. Zaxarova ermənilərin və azərbaycanlıların dialoqundan danışıb

Rusiya azərbaycanlı və erməni ictimai xadimlərin humanitar təşəbbüslərini alqışlayır. Bu barədə bu gün keçirdiyi brifinq zamanı Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Biz Azərbaycan və erməni ziyalıları arasında birbaşa dialoqun təşkilini, eyni zamanda iki ölkə arasında humanitar xarakterli birgə tədbirlərin keçirilməsini hər vəchlə alqışlayırıq.  Bənzər təşəbbüslər barışıq atmosferinin, qarşılıqlı anlaşma və etimadın formalaşmasına imkan yaradar, Azərbaycan və erməni xalqlarının, bütün Cənubi Qafqaz regionunun, həm də Rusiyanın faydasına olar”- deyə o qeyd edib.

Diplomat qeyd edib ki, əgər bu istiqamətdə rəsmi Bakı və Yerevan səmimi addımlar atsalar, Rusiya tərəfi belə humanitar aksiyaları hökmən dəstəkləyəcək.

Daha çox göstər
Back to top button