BaşlıcaSiyasət

Əliyev əsirlər məsələsini oyun kartına çevirir və danışıqları manipulyasiya etməyə çalışır

“Sputnik Armeniya” ilə söhbətində  politoloq və iqtisadçı Hrant Mikaelyan Moskvada 11 yanvar Paşinyan-Putin-Əliyev görüşündən, müharibədən sonrakı reallıqlardan və danışıqlar prosesinin perspektivlərindən danışıb.

Hrant Mikaelyan vurğulayır ki, Azərbaycan əsirləri qaytarmaq üçün nəinki tələsmir, həm də onları təxribatçı kimi təqdim edərək cinayət işlərinə başlayır, bu da politoloqun fikrincə, cəfəngiyatdır.

Çünki erməni hərbçilərinə belə bir keyifiyyət müharibə əməliyyatlarının  sona çatmasından sonra  verilib.

Halbuki nəinki atəşkəsin üçtərəfli bəyanatı, həm də  beynəlxalq konvesiyaya əsasən əsirlər müharibənin  bitməsindən sonra  geri qaytarlmalıdır.

Üçlü atəşkəs elanına və digər beynəlxalq konvensiyalara görə, əsirlər müharibə bitdikdən sonra geri qaytarılır.

“Əsirlər məsələsinin cəmiyyətimizdə böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq, Azərbaycan Prezidenti İlham Əliyev  əsirlər  məsələsini kart oyununa çevirir və danışıqlarda manipulyasiya etməyə çalışır”-deyərək  politoloq qeyd edib.

Hrant Mikayelyan, baş nazir başda olmaqla, erməni tərəfinin bu məsələdə heç bir nəticə əldə etməməsinin iki səbəbini göstərdi.

Onun sözlərinə görə, güc mənbəyimiz  noyabrın 9-dan  sonra tükəndi, o dərhal bərpa olunmalı və ikinci problem ER Baş nazirinin müharibə səhifəsini nəhayət bağlamaq üçün bütün sənədləri imzalamaq istəməsidir.

Daha çox göstər
Back to top button