
“SputnikArmeniya”nın verdiyi məlumata görə, Ermənistan Respublikasının önəmliklərindən biri də Artsax ərazilərinin işğaldan azad edilməsidir.
Ermənistan Respublikasının Xarici işlər naziri Ara Ayvazyan bu haqda Xarici əlaqələr üzrə daimi komissiyasının üzvləri ilə görüşü zamanı bildirib.
“Artsax xalqının öz daimi yaşayış yerinə qayıtmasını təşkil etmək bizim üçün önəmlikdir.
Üçtərəfli bəyannaməni imzalayan Ermənistan, bölgənin iqtisadi və infrastruktur potensialından qarşılıqlı faydalı istifadə istiqamətində addımlar atmağa hazırdır. Bununla belə,uğur qazanmaq üçün qarşılıqlı inama ehtiyac var” – deyərək nazir qeyd edib.
Ayvazyan, Artsax xalqının öz müqəddəratını təyinetmə hüququnun Dağlıq Qarabağ münaqişəsinin həllində əsas olduğunu söylədi.
Ermənistan, ATƏT-in Minsk qrupu həmsədrlərinin himayəsi ilə, Dağlıq Qarabağ münaqişəsinin elementləri noyabrən 9-da olan bəyanatında qeyd olunmayan əsas prinsiplər əsasında sülh yolu ilə həllini davam etdirməyə hazırdır.
Onun sözlərinə görə, mövcud vəziyyət güc tətbiqinin nəticəsidir, lakin güc tətbiqi ilə heç bir münaqişə həll olunmayıb. Münaqişədə yeni bir mərhələ yarada bilər, ancaq münaqişəni həll edə bilməz.
Ayvazyan qeyd etdi ki, yalnız hər kəsin hüquqlarına hörmət göstərəcək danışıqlar yolu ilə siyasi həll yolu müharibənin səbəblərinin aradan qaldırılmasına zəmin hazırlayacaq.
Bundan əlavə, Ayvazyan qeyd edib ki, Ermənistan məhbusların geri qaytarılması məsələlərini yüksək səviyyədə davam etdirir və bunun üçün beynəlxalq strukturlarla əməkdaşlıq edir.