ArtsaxBaşlıcaSiyasət

Bir gün ərzində 200-dan çox erməni Artsaxa qayıdıb

Bir gün ərzində 210 erməni Artsaxa qayıtdı. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.

Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, noyabrın 14-dən bəri 49264 erməni Artsaxa qayıtdı.

Atəşkəs rejimi bütün təmas xətti boyunca qorunur.

Rusiya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, rus sülhməramlılar 27 müşahidə postunda monitorinq keçirirlər. Rus sülhməramlılar vətəndaşların daimi yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastruktur obyektlərini bərpa edir.

“Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənmə işlərinə davam edirlər. Bir gün ərzində 1.5 ha ərazi, 1 km yol və bir yaşayış bina minalaradan təmizlənib. 2020-ci ilin noyabrın 23-dən bəri ümumi olaraq 52.6 ha ərazi, 198.8 km yol, 751 yaşayış binalarda 23404 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”,- deyə RF Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.

Rusiya hərbi həkimləri, 157-i uşaq olmaqla1238 Dağlıq Qarabağ sakininə tibbi yardım göstərdilər.

Daha çox göstər
Back to top button