BaşlıcaSiyasət

ER Xİ naziri əsirlərin qayıdışı barədə: “Bizim səylərimizə etibar etməyə səsləyirəm”

“Sputnik Armeniya”nın verdiyi məlumata görə, əsirlərin qayıdışı məsələsi bu gün bu gün Ermənistan üçün olduqca önəmlidir. ER Xarici işlər naziri Ara Ayvazyan bu haqda   parlamentdə jurnalistlərlə söhbətində bildirib.

“Anlamalıyıq ki, bu problem asanlıqla həll olunmayacaq, bu bir günün işi deyil. İdarələrarası işçi qrupumuz var, gündəlik işləri bütün borulardan keçiririk.

Xarici işlər nazirliyi   məsələni diqqət mərkəzində saxlayır və  fürsətdən istifadə etməyə çalışır”-deyəərk nazir qeyd edib.

Onun sözlərinə görə, bölgədə sülhün və inkişafın qurulmasının lazım olduğu bir anlayış var, amma bunun üçün etibar mühitinə ehtiyac var.

Ayvazyan qeyd edib ki, Azərbaycan əgər humanitar məsələlərdə üzərinə düşən öhdəliyini yerinə yetirə bilmirsə, qalan məsələlərin həyata keçiriləcəyini təsəvvür etmək çətindir.

Son tarixləri təyin etmək olardımı və yaxud bəlkə  noyabrın 9-da  olan açıqlamada bunlar edilməli idi?- sualına cavab olaraq Ayvazyan məsələnin müsbət həll ediləcəyinə ümid edərək səylərinə etibar etməyə çağırdı.

Ayvazyan, ötən gün, yanvarın 11-də  Kremldəki həm üçtərəfli, həm də ikitərəfli görüşlər zamanı əsirlər  məsələsinin bizim üçün həlledici bir məsələ olduğunu söylədiyini xatırlatdı.

Xatırladaq ki, ER Baş naziri Nikol Paşinyan Ermənistan, Rusiya və Azərbaycan liderlərinin Moskvada keçirdiyi üçtərəfli görüşdən sonra təəssüf ki,  əsirlərlə bağlı məsələlərin danışıqlar zamanı həll olunmadığını, bunun ER Baş nazirinin sözlərinə görə, erməni tərəfi üçün ən həssas məsələ olduğunu vurğuladı..

Daha çox göstər
Back to top button