
Yanvarın 26-da İranın Xİ naziri Məhəmməd Cavad Zərif və Rusiyanın Xİ naziri Sergey Lavrov danışıqlar aparacaqlar. Bu barədə bu gün keçirdiyi brifinq zamanı Rusiya XİN rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“İranın Xİ naziri Məhəmməd Cavad Zərif yanvarın 26-da Moskvaya səfər edəcək. Səfər çərçivəsində İran XİN başçısı rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək”- deyə Zaxarova vurğulayıb.
Zaxarova bildirib ki, görüş zamanı Rusiya və İran XİN başçıları bir sıra beynəlxalq məsələlər ətrafında, o cümlədən İranın nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planı, Dağlıq Qarabağ, Suriya, Əfqanıstan və Körfəzdə mövcud vəziyyət barədə fikir mübadiləsi aparacaqlar.
Zaxarova qeyd edib ki, Rusiya-İran ikitərəfli gündəliyi müzakirə olunacaq.