BaşlıcaEkonomika

Xaçatryan: “Yolların blokdan çıxarılması Ermənistan üçün yeni imkanlar açacaqdır”

Regional kommunikasiyaların blokdan çıxarılmasının Ermənistan üçün hansı iqtisadi nəticələri ola bilər? Bu haqda

“Sputnik  Armeniya”nın efirində  iqtisadçı ekspert Vahagn Xaçatryan məlumatlandırıb.

Vahagn Xaçatryana görə, hələ heç kim hesablamayıb, bütün söz-söhbətlər proqnoz və fərziyyələrə söykənir, ancaq qonşularla və ya onların vasitəsi ilə ticarət etmək, iqtisadi fəaliyyət göstərmək üçün bir fürsət varsa, onda bunu etmək lazımdır.

“1988-ci ilə qayıtsaq, o zamanlar  işləyən və sonralar işləməyən komunikasiyaların açılması Ermənistana iqtisadi həyatda fəal iştirak etmək üçün potensial bir fürsət verəcəkdir.

Burada mənim  2 fikrim var. Onlardan biri – bunlar alternativ yollar olacaq, çünki iqtisadiyyatın həmişə alternativə ehtiyacı var və alternativ yoxdursa, bizim dövrümüzdəki kimi monopoliyalar olur, yəni yüksək qiymətlər olur.

 İkinci fikir budur ki, illər ərzində tranzit nəqliyyat mərkəzi olmaq imkanımızı itirmişik. Bu əgər  davam edərsə, daha yaxşı bir coğrafi mövqedə olsaq belə, çıxılmaz vəziyyətdə qalacağıq”-deyərək  iqtisadiyatçı qeyd edib.

 Xaçatryanın qənaətincə, bütün bunları qiymətləndirmək üçün yeni fürsətlərdən istifadə edərək hərəkət etməli olduğumuzu,komunikasiyaların blokdan çıxarıldığı təqdirdə hərəkət edə biləcəyimizi başa düşmək lazımdır.

 Onun sözlərinə görə, adətən bizim vəziyyətimizdə, Larsın versiyası həmişə cəlb olunurdu ki,bu da  Rusiyaya aparan  yeganə quru yolumuzdur, lakin hava şəraiti səbəbindən müntəzəm olaraq o bağlanır.

 İqtisadi potensialımızı qiymətləndirsək, böyük miqdarda ixrac olunan məhsulumuzun olmadığı aşkar olur və bu halda yeni nəqliyyat imkanları ticarət dövriyyəsini artıracaqdır.

İqtisadçıya görə, istifadə etməyə çalışmaq üçün alternativ nəqliyyat marşrutlarının olması lazım olduğu yanaşmasından irəli gələrək, bu mənada Ermənistan üçün  bu günəcən işləməyən qovşaqları yenidən açmaq üçün yeni imkanlar açılır.

Daha çox göstər
Back to top button