
“Cənubi Qafqaz Dəmir Yolları” şirkətinin Veteranlar Şurasının sədri Levon Hakobyan Sputnik Armeniyaya açıqlamasında Ermənistan üçün dəmir yolunun blokadadan çıxarılmasının faydalarından danışıb.
Levon Hakobyanın sözlərinə görə, Azərbaycandan gələn və Meğri ərazisindən keçən dəmir yolu profil baxımından daha yaxşı və daha uyğundur, çünki nisbətən düzdür, heç bir yamac yoxdur.
“Məsələn, Ayruma gedən dəmir yolu bu baxımdan çox fərqlidir. Oradakı reliyef çox çətindir və yük daşınmasının həcmi müqayisəedilməz dərəcədə azdır. Məsələn, oradan 1900 ton yük gətiririk, əvvəllər Meğri ərazisindən 4500 ton yük gəlirdi”.
Hakobyanın sözləriylə, dəmir yolunun blokadadan çıxarılması təqdirdə, yük daşınmalarının 80%-i əvvəllər olduğu kimi Meğridən keçəcək. O qeyd edib ki, əsas yük daşınmaları cənubi dəmir yolu ilə həyata keçirilirdi və yalnız Yerevan-Bakı sərnişin qatarı işləyirdi.
Mütəxəssisin fikrincə, dəmir yoluyla yük daşınmalarının nizamlı hərəkəti vəziyyətində Ermənistan blokadadan çıxacaq.