BaşlıcaBeynəlxalq

ER-nın ABŞ-dakı səfiri Varujan Nersesyan Prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcək

Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan yanvarın 20-də ABŞ Kapitolunda yeni seçilmiş Prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcəkdir.

Bu haqda ER Xarici işlər nazirinin mətbuat katibi Anna Nağdalyan “Armenpress”lə söhbətində  bəyan edib.

“Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan, Ermənistan Respublikası adından ABŞ Prezidentinin andiçmə mərasimində iştirak edəcək”-deyə Nağdalyan qeyd edib.

ABŞ Prezidentinin andiçmə mərasiminə başqa heç bir lider dəvət edilməyib. Tədbirdə yalnız ABŞ-dakı xarici nümayəndəliklərin rəhbərləri iştirak edəcəklər.

 İnauqurasiya proseduru digər ölkələrin liderlərinin iştirakına icazə vermir, yalnız səfirlər iştirak edə bilər.

Tramp həmçinin, orada iştirak etməmək niyyətini bildirib.

Daha çox göstər
Back to top button