
Rusiya Xİ naziri Sergey Lavrov, Ermənistan rəsmilərinin Dağlıq Qarabağa getməməsi üçün heç bir səbəb görmür. Bu barədə Lavrov bu gün keçirdiyi mətbuat konfransı zamanı azərbaycanlı jurnalistin sualını cavablandırarkən söyləyib.
Yanvar ayının əvvəlində Azərbaycan prezidenti Ermənistan Respublikasının Xİ naziri Ara Ayvazyanın Stepanakertə səfəri ilə əlaqədar Ermənistana qarşı təhdidlər səsləndirib. Əliyev demişdi ki, buna son qoyulmalıdır, əks halda Ermənistan bundan daha çox peşman olacaq.
Lavrov xatırladıb ki, Ermənistan və Artsax erməniləri arasındakı əlaqə davam etdirilməlidir və hər kəs bu məsələdə həmfikirdir.
“Hər kəs razıdırsa, o səviyyədə əlaqələrə mane olacaq bir səbəb görmürəm. Ermənistan rəsmiləri Dağlıq Qarabağa humanitar yardım göstərilməsində iştirak edirlər, hansı da Bakıda heç bir mənfi emosiya yaratmır. Əks halda olsaydı, qəribə olardı”- deyə Lavrov bildirib.