Başlıcaİctimaiyyət
Ermənistanda daha 90 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 90 nəfərdə koronavirus aşkarlanıb.
Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 676 olub.
Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 2 998-ə çatıb.
COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 729-a yüksəlib. İndiyədək 153 064 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 7 885 aktiv koronavirus xəstəsi var.