
Rusiya Xİ naziri Sergey Lavrov bildirib ki, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin noyabrın 9-da imzaladığı üçtərəfli bəyanatda gizli əlavə mövcud deyil.
“Gizli əlavə mövcud deyil”- deyə Lavrov vurğulayıb.
Rusiya Xİ naziri Qarabağın Rusiyanın tərkibinə daxil olma təklifini “ekzotik” adlandırıb.
“Anlayıram ki, Dağlıq Qarabağın müstəqilliyi heç kəs tərəfindən tanınmayıb. Onu Ermənistan belə tanımayıb. Bizim ümumiyyətlə Dağlıq Qarabağın müstəqilliyini tanımaqla bağlı fikrimiz yoxdur”- deyə Lavrov qeyd edib.
O vurğulayıb ki, regionun bütün məsələləri burada yerləşən ölkələr tərəfindən, ilk növbədə Azərbaycan və Ermənistan arasında həll olunmalıdır.
“Biz bu cür həll yolunu tapmağa yardım etməyə davam edəcəyik. Hansı ki, bu həll regionda sülhü və təhlükəsizliyi, ən əsas da burada hər zaman yaşayan insanların təhlükəsizliyini təmin edəcək”- deyə o qeyd edib.