
“SputnikArmeniyanın verdiyi məlumata görə,Azərbaycan rəhbərliyinin son açıqlamaları Azərbaycanın bölgədəki humanitar təmaslara hələ hazır olmadığını göstərir.
Medianın suallarına cavab olaraq, ER Xarici işlər nazirliyinin mətbuat katibi Anna Nağdalyan, bu haqda Rusiya Xarici işlər nazirliyinin sözçüsü Maria Zaxarovanın açıqlamalarına istinad edərək bildirib.
Zaxarova Rusiya tərəfinin Ermənistan və Azərbaycan cəmiyyətləri arasında humanitar təmasların həyata keçirilməsini hər zaman dəstəklədiyini bəyan edib.
“Biz Rusiyanın bölgəyə sülh və sabitlik gətirmək səylərini yüksək qiymətləndiririk. Erməni tərəfi həmişə bölgədəki cəmiyyətlər arasında qarşılıqlı hörmət və tolerantlığa əsaslanan humanitar təmasların tərəfdarı olmuşdur.
“Şübhəsiz ki, bu cür proqramlardan əvvəl uyğun şərtlər qoyulmalıdır”-deyərək Nağdalyan qeyd edib.
Onun sözlərinə görə, Azərbaycanın erməni əsirlərinin geri qayıtmasına mane olması, ermənilərin etnik təmizlənməsini vəsf edən markaların buraxılması, habelə Prezident İlham Əliyevin davamlı təhdidləri sübut edir ki, Azərbaycan beynəlxalq vasitəçilərin inam mühitini qurmaq səylərinə meydan oxuyur.
Naqdalyan qeyd edir ki, Azərbaycan Prezidentinin Şuşidəki təxribat xarakterli açıqlamaları, həmçinin müharibə zamanı hədəf alınan Müqəddəs Xilaskar Qazançesots Kilsəsini “hərbi qənimət – zəfər simvolu” kimi təqdim etmək cəhdləri məhkumedicidir.
“Bu reallıqlar münaqişənin hələ həll olunmaqdan uzaq olduğunu göstərir. Sülh prosesi bölgədə uzunmüddətli sülhün bərqərar olması üçün lazımdır”- deyərək Nağdalyan qeyd edib.
Xatırladaq ki, Zaxarova Ermənistan və Azərbaycan ziyalıları arasında birbaşa dialoqun qurulmasını və iki ölkə arasında birgə humanitar tədbirlərin keçirilməsini alqışlayacaqlarını bildirmişdi.
RF XİN rəsmi nümayəndəsinin sözlərinə görə, Moskva “əgər Bakı və Yerevan bu istiqamətdə səmimi bir istək göstərsələr” bu cür humanitar aksiyaları mütləq dəstəkləyəcəkdir.