Rusiyada erməni iş adamları ilə müqavilə bağladığı üçün Sarkoziyə qarşı istintaq başlanıb

Fransa prokurorluğu, keçmiş Prezident Nikola Sarkozinin Rusiyanın “Reso-Garantia” sığorta şirkəti ilə 3 milyon avroluq müqavilə imzalaması ilə əlaqədar ilkin istintaq başladıldığını təsdiqləyib.
2020-ci ilin əvvəlində, Elysey sarayının keçmiş başçısı, bir il əvvəl imzalanan bir müqavilə çərçivəsində 500 min avro, məşvərətedici xidmətləri üçün ümumilikdə 3 milyon avro alıb.
“Reso-Garantia” şirkətinin ortaqları Sergey və Nikolai Sarkisovlar, Sarkozini “xüsusi məsləhətçi” kimi işə götürüldüyünü təsdiqləmişlər.
“Fransa hüquq-mühafizə orqanları aydınlaşdırmaq istəyirlər ki,, ölkənin keçmiş Prezidentinin müstəsna olaraq bir məsləhətverici kimi fəaliyyətmi göstərib, hansı ki, tamamiylə qanunidir, yoxsa ki,rusiyalı oliqarxlar adındanmı potensial cinayətkar lobbiçiliyində iştirak edib”-deyərək fransız “Mediapart” mətbusu yazır.
Nikola Sarkozi onsuz da seçki kampaniyası zamanı Liviyanın keçmiş lideri Müəmmar Qəddafidən milyonlarla pul almaqda günahlandırılır.
Prokurorlar, 2007-ci il Prezident seçkilərini qazanmadan əvvəl Sarkozinin qərargahının Liviya diktatorundan qanunsuz olaraq təxminən 50 milyon avro aldığını, onun hakimiyyətə gəldikdən sonra Sarkozinin Parisdə 5 günlük təmtəraqlı bir qəbula layiq olmuşdur və məşhur çadırını Elysey sarayı ilə yanaşı açmasına özünə icazə vermişdir.