ArtsaxBaşlıcaİctimaiyyət

Artsax mənzil fondu məsələsi 1-3 ilə həll olunacaq: Artsax Prezidentinin baş məsləhətçisi

Müharibə zamanı 93 mindən çox Artsaxlı Ermənistana sığındı. Bu barədə Artsax Prezidentinin baş məsləhətçisi, Artsax hökumətinin Ermənistandakı Operativ Qərargahının koordinatoru Mikayel Virabyan jurnalistlərə məlumat verdi.

“Son 2,5 ayda əsas vəzifələrimiz məcburi köçkünlərə mənzil, isti paltar, yemək, eləcə də səhiyyə və uşaq təhsili məsələlərlə təmin etmək olmuşdur. Bu məsələlər operativ şəkildə öz həllini tapırlar”,-deyə Virabyan qeyd etdi.

Onun sözlərinə görə, Artsax hökumətinin operativ qərargahı Artsax xalqına müxtəlif növ maliyyə yardımı göstərmək üçün təqribən 200 milyon dram ayırdı.

“Bu məbləğin təxminən 54 milyon dramı həlak olan hərbçilərimizin dəfn xərclərinin qismən ödənilməsinə yönəldildi”.

Virabyanın sözlərinə görə, Artsax xalqı bu gün Artsaxa qayıtmağa davam edir. Yeganə problem mənzil fondu məsələsidir, hansı ki 1-3 ilə həll olunacaq.

“Artsaxa qayıtmaq və Ermənistanın nəzarətində olan ərazilərdə yaşamaq istəyən 50-yə yaxın qeydiyyatdan keçmiş ailə var. Artıq 7 ailə Askeran rayonunun Badara kəndinə qayıdıb. Bu ailələrə evlər və müvafiq əmlak verilmişdir”,-Virabyan deyib.

Daha çox göstər
Back to top button