
Artsax XİN-dən bildirilir ki, yanvarın 12-də Artsax Respublikasının Xİ naziri David Babayan, Azərbaycan tərəfindən qanunsuz olaraq saxlanılan erməni hərbçilərinin və mülki şəxslərin vəziyyəti ilə bağlı Avropa Şurasının və BMT-nin ixtisaslaşmış qurumlarına, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə və ATƏT-in Minsk Qrupu həmsədrlərinə məktublar göndərib.
Məktublarda, xüsusilə qeyd olunur ki, Azərbaycan 2020-ci ilin noyabrın 9-da Ermənistan, Rusiya və Azərbaycan liderlərinin imzaladığı bəyanatını pozaraq, həmin ilin dekabrında Artsax Respublikasının Hadrut bölgəsindəki işğal edilmiş Xtsaberd və Hin Tağer kəndlərinə hücum edib və Artsax Respublikası Müdafiə Ordusunun 64 hərbçisini əsir götürüb. Daha sonra Azərbaycan hakimiyyəti hərbi əsirlərə qarşı cinayət işləri açmaq niyyəti barədə bəyan edib, hansı da beynəlxalq humanitar hüququn kobudcasına pozuldmasıdır.
Məktublarda qeyd olunur ki, Azərbaycan 2020-ci ildə əsir götürülmüş digər hərbi qulluqçuların, mülki şəxslərin geri qaytarılmasını təxirə salır.
Artsax Respublikasının Xİ naziri hərbi əsirlərin və mülki şəxslərin bütün hüquqlarını qorumaq üçün Cenevrə Konvensiyalarının Azərbaycan tərəfindən həyata keçirilməsini, qeyd olunan müqavilələr üzrə öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üçün təcili tədbirlərin görülməsinə çağırır.