
Ermənistanın Hollandiyadakı fövqəladə və səlahiyyətli səfiri Tiqran Balayan Azərbaycan prezidenti İlham Əliyevə və onun rejiminə qarşı sanksiya tətbiq olunmasına ehtiyac olduğunu görür.
“Armenpress”-in verdiyi məlumata görə, Balayan bu barədə Facebook səhifəsində yazaraq Əliyev rejiminin AB Şurasının çağırışlarına məhəl qoymadığını qeyd edib.
“İki ay əvvəl, 2010-cu ilnoyabrı 19-da Avropa Birliyi Şurası, tərəfləri Dağlıq Qarabağda atəşkəs rejiminin gücləndirilməsi üçün addımlar atmağa çağıran bir bəyanat verdi.Indiyə kimi İlham Əliyev rejimi bunun tam əksini edir” –deyərək səfir yazıb.
Tiqran Balayan Əliyevə qarşı sanksiyaların tətbiq olunmasının hərəkətə keçməsiçün yeganə yol olduğunu əlavə etdi.