
ER parlamentinin Ddövlət və hüquq məsələləri üzrə daimi komitəsinin sədri Vladimir Vardanyan, Azərbaycanda erməni hərbi əsirlərin və digər saxlanılanların qaytarılması məsələsini ciddi beynəlxalq hüquq məsələsi hesab edir.
“Armenpress” in verdiyi məlumata görə, bu haqda Vardanyan parlamentin tribunasından çıxışında qeyd edib.
“Hər birimiz üçün hərbi əsirlərin və digər məhbusların geri qaytarılması məsələsi gündəmdə önəmdir. Hər birimiz bu problemlədaha öncə yaşamışıq, ən azı sentyabrın 27-dən bəri yaşayırıq və hal-hazırda çoxumuz bununla yaşayırıq, ona görə ki, girov götürülmüş şəxslər əvvəllər də var idi.
Bu da ciddi bir beynəlxalq hüquqi məsələdir. Hərbi əsirlərin digər saxlanılanları geri qaytarılmaması beynəlxalq qanunsuz hərəkət elementlərini ehtiva edən bir problemdir”-deyərək Vardanyan qeyd edib.
Onun sözlərinə görə, hökumət Azərbaycanda yayılan nifrət mühiti ilə bağlı qanun proseslərinə başlayıb. “Bu hüquqi proseslər 10 ildən çoxdur ki, peşəkar platformalarda müzakirə olunur.
Bu hökumət, nəhayət, bu proseslərə getmək üçün cəsarət tapdı və ya bunun nə qədər fəsadlara səbəb ola biləcəyini başa düşdü”- deyərək deputat qeyd edib.
Parlament işinə toxunaraq o,qeyd etdi ki, Dövlət və hüquq məsələləri üzrə daimi komissiya üzvlərinin əksəriyyəti məhkumlarla bağlı gündəlik işin aparılması lazım olduğu və bu mənada doğru miqyaslı olması lazım olduğu fikrinin tərəfdarı olduğunu qeyd etdi.
“Biz işçi qrupunun formalaşdırılmasını təklif etdik. Beynəlxalq tərəfdaşlarımıza problemlər barədə gündəlik məlumat verməliyik deyərək Vardanyan bəyan edib.