BaşlıcaBeynəlxalq

Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan Prezident Co Baydeninin andiçmə mərasimində iştirak edəcək

Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan ynvarın 20-də ABŞ Kapitolunda yeni seçilmiş Prezident Co Baydenin andiçmə mərasimində iştirak edəcək.

Bu haqda  ER Xarici işlər nazirinin mətbuat katibi Anna Nağdalyan “Armenpress”lə söhbətində qeyd edib.

“Ermənistanın ABŞ-dakı səfiri Varujan Nersesyan, Ermənistan Respublikası adından ABŞ Prezidentinin andiçmə mərasimində iştirak edəcəkdir” –deyərək Anna Nağdalyan qeyd edib.

ABŞ Prezidentinin andiçmə mərasiminə başqa heç bir lider dəvət edilməyib. Tədbirdə yalnız ABŞ-dakı xarici nümayəndəliklərin rəhbərləri iştirak edəcəklər.

İnauqurasiya proseduru digər ölkələrin liderlərinin iştirakına icazə vermir, orada yalnız səfirlər iştirak edə bilər.

Tramp, iştirak etməmək niyyətini bildirib.

Daha çox göstər
Back to top button