Başlıcaİctimaiyyət

Ermənistanda daha 236 nəfərdə koronavirus aşkarlanıb

Ermənistanda daha 236 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ER Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 164 912 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 9 nəfər artaraq 3 007-ə çatıb.

COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 734-ə yüksəlib. İndiyədək 153 500 pasiyent infeksiyadan sağalıb. Hazırda ölkədə 7 671 aktiv koronavirus xəstəsi var.

Daha çox göstər
Back to top button