
Bir gün ərzində 114 erməni Artsaxa qayıtdı. Bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat verib.
Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. Atəşkəs rejimi bütün təmas xətti boyunca qorunur.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, noyabrın 14-dən bəri 50 116 erməni Artsaxa qayıtdı.
Rusiya Müdafiə Nazirliyindən verilən məlumata əsasən, rus sülhməramlılar 27 müşahidə postunda monitorinq keçirirlər. Onlar Artsax vətəndaşlarının daimi yaşayış yerlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin edir, humanitar yardım göstərir və mülki infrastruktur obyektlərini bərpa edirlər.
“Rusiya Federasiyasının Müdafiə Nazirliyinin Beynəlxalq Minalardan Təmizləmə Mərkəzinin mütəxəssisləri Dağlıq Qarabağ ərazilərinin minalardan təmizlənmə işlərinə davam edirlər. Onlar bir gün ərzində 15.5 ha ərazi, 4.5 km yol və bir yaşayış bina minalaradan təmizləyiblər. 36 partlayıcı maddə zərərsizləşdirilib. 2020-ci ilin noyabrın 23-dən bəri ümumi olaraq 566 ha ərazi, 210 km yol, 802 yaşayış binalarda 23 759 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib”,- deyə RF Müdafiə Nazirliyinin bəyanatında qeyd olunub.
Rusiya sülhməramlılarının xüsusi qrupu Karvaçar rayonunun (orta hündürlüyü 3358 m olan dağlıq ərazidə) həlak olanların cəsədlərinin axtarış işləri aparırlar.
Həlak olanlarının cəsədlərinin təhvili Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıqda Ermənistan və Azərbaycan tərəflərinin nümayəndələrinin iştirakı ilə həyata keçirilir.