BaşlıcaSiyasətTəhlil

ATƏT Minsk Qrupu öz fəaliyyətini aktivləşdirəcək

“Hayastani Hanrapetutyun” gündəliyi yazır: “Artsax Respublikasının status məsələsi  atəşkəs barədə üçtərəfli bəyanatla həll edə bilməzdi, çünki Artaxın Azərbaycan tərkibinə daxil olması sağlam düşüncəyə sığmır. Atəşkəsə dair danışıqlar zamanı bu tezis təklif olunsaydı, erməni tərəfinin sona qədər müharibə etməsi üstün olardı, çünki Artsax xalqı Azərbaycan daxilində normal həyat yaşaya bilmir. “Xoşbəxt” Sovet kommunizmi və “xalqlar dostluğu” illərində belə, azərbaycanlıların ermənilərə qarşı dözümsüz münasibəti mütəmadi olaraq təzahür olunub ki, bu da SSRİ-nin dağılmasının ilk siqnalı alınan kimi geniş miqyas aldı.

Türkiyə və Azərbaycan ATƏT Minsk Qrupunun formatına qarşı idi, lakin onların bu mövqedən geri çəkiləcəyi gözlənilirdi. Bu mövqe əsasən Türkiyə ilə Fransa arasındakı gərgin münasibətlərlə əlaqəli idi. Fransa Prezidentinin, Türkiyə liderinə iki ölkə arasındakı münasibətləri görüşməyi və müzakirə etməyi təklif etdiyi məktubu ilə bu maneə aradan qaldırılmış kimi görünür. Bu münasibətlərin yüngülləşdirilməsi kontekstində Türkiyənin və nəticədə Azərbaycanın Minsk Qrupu formatındakı sərt mövqelərini yumşaltacağı gözlənilir”.

Daha çox göstər
Back to top button