
Azərbaycanın məqsədi bütün dünyada antierməni siyasətini davam etdirmək, ermənilərə qarşı soyqırımı hərəkətləri həyata keçirməkdir.
“Armenpress” in verdiyi məlumata əsasən, “Bakıda Erməni Soyqırımının 31-ci ildönümü və Artsaxın 3-cü müharibəsi səbəbi və nəticələri” mövzusuyla müzakirə zamanı bu haqda Ermənistanın keçmiş ombudsmanı “Hüquq özbaşnalıqlarına qarşı” ictimai təşkilatın rəhbəri Larisa Alaverdyan qeyd edib.
“Azərbaycan erməni soyqırımını həyata keçirmək və o dövrün planlarına son qoymaq üçün Türkiyə tərəfindən yaradılmışdır. Əslində məsələ olduqca təffərrüatlı şəkildə qoyulmuşdur.
Yalnız mərhələlər deyil, həm də metodlar işlənmiş, soyqırımın gizlədilməsi lazım olan vasitələr hazırlanmışdır”- deyərək Alaverdyan qeyd edib.
Ermənistanın keçmiş ombudsmanına görə, Bakıda baş verənlər soyqırımdır, bu qeydiyyatdan qorxmamaq lazımdır.
“Soyqırım yalnız tam proses deyil, siyasətdir, yerli xarakter daşıyır. 1918-ci il mövcudluğunun siyasi xəritəsindəki bir dövlət olaraq Azərbaycanın fəaliyyəti və niyyəti erməniləri bölgədən tamamilə uzaqlaşdırmaq, anti-erməni siyasətini bütün dünyada davam etdirmək və müxtəlif yollarla soyqırım əməliyyatları həyata keçirməkdir” – deyərək Alaverdyan qeyd edib.