
Azərbaycan Dövlət Neft Şirkətinin nümayəndələri tərəfindən edilən təhdidlərə baxmayaraq, Gürcüstanda bu gün ARTSAKH INTERNATIONAL SOLIDARITY online tədbiri keçirilir. Bu tədbirin məqsədi müharibə nəticəsində qaçqın vəziyyətinə düşmüş Artsaxlılara yardım etməkdir.
ABŞ-ın yeni seçilmiş prezidentinin andiçmə günü keçirilən tədbir, Bayden administrasiyasının diqqətini Cənubi Qafqaza yönəltmək məqsədi də daşıyır.
“Cənubi Qafqazın iki qədim erməni və gürcü sivilizasiyası birbaşa soyqırım təhdidi altındadır. Ermənistanda demokratiyanın boğulmasından sonra Ərdoğanın növbəti dayanacağı Gürcüstandır”,-deyə Radiolura müsahibədə “Çoxtərəfli Diplomatiya İnstitutunun” Gürcüstan proqramının cavabdəh, yazıçı, publisist İrakli Kakabadze deyib. O həmçinin təşkil olunan tədbirin təşəbbüskarıdır.
“Bu, Artsax xalqı ilə həmrəylik aksiyasıdır, mədəni insanlığa soyqırımların, ümumiyyətlə bu cür vəhşiliklərin və müharibələrin qarşısını almaq üçün bir mesajdır. Bu, Qafqazdakı hadisələrə qarşı bir hərəkətdir”.
Kakabadzenin sözlərinə görə, İŞİD yaraqlıları davamlı olaraq Türkiyədən Gürcüstana sızırlar və müharibə nəticəsində onlar Dağlıq Qarabağ ərazisinə də girdilər. Azərbaycan isə Türkiyə ilə birlikdə Gürcüstanın daxili və xarici siyasətindəki nüfuzunu getdikcə genişləndirir.
“Artsaxa Həmrəylik” aksiyasının təşkili Azərbaycan Dövlət Neft Şirkətini çox əsəbləşdirdi. SOCAR-ın Gürcüstan filialının nümayəndələri bir daha müdaxilə etməyə çalışdılar.
“SOCAR-ın nümayəndələri mənə və həmkarlarıma zəng edərək təhdid etdilər ki, bu tədbiri keçirilirsə, bizi ac qoyacaqlar”,-Kakabadze deyib.
Ancaq gürcü ziyalının fikrincə, ədalət və sülh üçün mübarizə aparanlar heç bir təhdid ilə dayandırılmayacaqdır.