
Yolların və iqtisadiyyatın blokadadan çıxarma məsələsinin düzgün həlli təhlükəsizlik zəmanəti ola bilər. Bunu ER parlamentində Baş nazirin müavini Mher Qrigoryan bildirib.
“Sualların qaldırılacağı, impulslar alacağı, anti-impulslar meydana gətirəcəyi bir platforma yaradılmalıdır ki, nəticədə iqtisadiyyatı blokadadan çıxara bilək, nəqliyyatın blokadadan çıxarılması problemini həll edək. Özüm düşünürəm ki, blokadadan çıxmaq məsələsi həll olunmalıdır. Əks təqdirdə təhlükəsizlik məsələsi qalacaqdır”,-Qrigoryan qeyd etdi.
Onun sözlərinə görə, blokadadan çıxmaqla əlaqədar hüquqi, iqtisadi və risk qiymətləndirmə məsələləri müzakirə edilməlidir. Baş nazirin müavini qeyd etdi ki, bütün bu problemlərin həll edildiyi və hazır yolların olduğu barədə bir təəssürat vardır, amma belə deyil.
Qrigoryan bu anda hətta müzakirələr mərhələsinin başlamadığını açıqladı.