
Ermənistan və Rusiya hökumətləri koronavirus səbəbiylə qarşılıqlı giriş üçün maneələri aradan qaldıracaq. “Armenpress”in verdiyi məlumata görə, Baş nazirin müavini Mher Qriqoryan bu haqda parlamentdə sual-cavab zamanı “Lusavor Hayastan” fraksiyasının üzvü Sarik Minasyanın sualını cavablandırarkən qeyd edib.
“Bu problemi Aİİ çərçivəsində həll etməyə çalışdıq, amma uğursuz olduq, ancaq Rusiya tərəfi ilə test nəticəsi olan və ya xəstə olan və artıq sağalmış bütün həmvətənlərimiz üçün sərhədsiz prinsipi yaratmağımıza imkan verən bir həllə qədəm basmışıq.
Biz hökumət qərarını qəbul etmişik. İndi Rusiyadan belə bir qərarı gözləyirik, bundan sonra mexanizm işləyəcəkdir”-deyərək Mher Grigoryan qeyd edib.
Baş nazirin müavini əlavə etdi ki, Rusiya hökumətinin müvafiq qərarından sonra bir sistem yaradılacaq: testdən keçdikdən sonra hər bir adam həm Ermənistanda, həm də Rusiya Federasiyasında sərhədi keçmək üçün yaşıl işıq yandıracaq.
“Ümid edirəm ki, bu sistem işləyəcək və həmvətənlərimiz sərhədi sərbəst keçə biləcəklər”- deyərək Grigoryan qeyd edib.