BaşlıcaBeynəlxalq

İran Xİ naziri Ermənistan, Rusiya, Gürcüstan və Azərbaycana səfər edəcək

İran Xarici işlər nazirinin sözlərinə görə, o, Qarabağ münaqişəsinin həllində və bölgədə sülh və sabitliyin bərqərar olunmasında kömək edə biləcək ölkələri ziyarət etmək istəyir.

 “Sputnik Armeniya”nın verdiyi məlumata görə,İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Ermənistan, Gürcüstan, Azərbaycan və Rusiyaya səfər etmək niyyətindədir.

Fars xəbər verir ki, onun səfəri gələn həftə planlaşdırılıb.

“Gələn həftə Qafqaza və Rusiyaya səfər etməyi planlaşdırıram” – deyərək Zərif qeyd edib.

İran Xarici işlər nazirinin sözlərinə görə, o, Qarabağ münaqişəsinin həllində və bölgədə sülh və sabitliyin bərqərar olunmasında kömək edə biləcək ölkələri ziyarət etmək istəyir.

Qeyd edək ki,Məhəmməd Cavad Zərif Rusiyaya, Cənubi Qafqaza səfərinin dəqiq tarixini açıqlamadı.

Bundan əvvəl Rusiya Xarici işlər nazirliyinin mətbuat katibi Mariya Zaxarova Zərifin  yanvarın 26-da  Moskvaya səfər edəcəyini açıqlamışdı.

Daha çox göstər
Back to top button